UEFA Qurban Qurbanovun oğlunun qol sevincini paylaşdı - FOTO

23 Sentyabr 2022 12:40 Qarabağ 1 190
UEFA Qurban Qurbanovun oğlunun qol sevincini paylaşdı - FOTO

Avropa Liqasının rəsmi səhifəsi Qurban Qurbanovun oğlu Musa Qurbanlının fotosunu paylaşıb.

Sportinfo.az xəbər verir ki, nüfuzlu futbol təşkilatı “Qarabağ”ın oyunçusunun “Zirə” ilə qarşılaşmada vurduğu qoldan sonra etdiyi hərəkəti paylaşaraq bunları yazıb:

“Qarabağ” = beynəlxalq fasilədə liqanın zirvəsi”.

"Qarabağ"ın hücumçusu Musa Qurbanlı "Zirə"ni 7:1 hesabı ilə məğlub etdikləri görüşdə 4 qola imza atıb. Bununla da Qurban Qurbanovun oğlu Azərbaycan çempionatlarında 38-ci pokerin müəllifi olub.

Digər Xəbərlər
Xəbər Lenti
3 İyul 03:20 Ayxan çempion oldu