Ukrayna KİV-i "Qarabağ"ı nümunə gətirdi, Çerçesova istehza etdi

14 Avqust 2022 09:00 Qarabağ 950
Ukrayna KİV-i "Qarabağ"ı nümunə gətirdi, Çerçesova istehza etdi

Ukrayna mətbuatında Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ"ın "Ferentsvaroş"a qarşı keçirdiyi cavab qarşılaşması müzakirə edilib.

Sportinfo.az xəbər verir ki, Ukraynanın məşhur "UA-Футбол" portalı Ağdam klubunun Budapeştdəki qələbəsini belə şərh edib:

"Budapeştdə hələ ki, heç kəs ruslarla əməkdaşlıq etməyin yaxşılığa səbəb olmayacağını başa düşməyib. "Qarabağ" Bakıdakı bərabərlikdən sonra səfərdə "Ferenstvaroş"la qarşılaşdı.

Matçın əsas qəhramanı ikinci hissədə dubl edən İbrahima Vadji oldu. Stanislav Çerçesovun komandasının gücü isə 0:3-dən sonra prestij qoluna çatdı.

İndi “Ferentsvaroş” Sergey Rebrovlu vaxtlarını xatırlamaqla kifayətlənə bilər. Onun vaxtında Çempionlar Liqası xəyal deyildi".

Digər Xəbərlər
Xəbər Lenti