Məşhur sima “Qarabağ”ı Türkiyə nəhənginə nümunə göstərdi: “Pul şey imiş, amma...”

12 Avqust 2022 17:20 Qarabağ 7 655
Məşhur sima “Qarabağ”ı Türkiyə nəhənginə nümunə göstərdi: “Pul şey imiş, amma...”

“Qarabağ” “Ferençvaroş”u Çempionlar Liqasından uzaqlaşdırmaqla növbəti dəfə Avropaya səs salmağı bacardı.

İndi böyük əksəriyyət Azərbaycan çempionunun baxımlı oyunundan və parlaq qələbəsindən bəhs edir.

Vaxtilə ölkəmizdə çalışmış Naci Şensoy kimi.

Sözün düzünü çəkinmədən dilinə gətirməyi bacaran təcrübəli məşqçi “Qarabağ”ın qələbəsindən sonra “feysbuk” hesabında paylaşıb edib.

O, “Qarabağ”ın uğurunu və klubda görülən işləri “Fənərbağça”dakı vəziyyətlə müqayisə edərək hər şeyin başında pulun durmadığını vurğulayıb:

“Ferentsvaroş” – “Qarabağ” 1:3.

Çempionlar Liqasında üçüncü təsnifat mərhələsini adlayan Azərbaycan təmsilçisi qrup mərhələsinə yüksəlmək üçün pley-off oyunları oynayacaq. Həm də daş çatlasa illik 10-15 milyon avroluq büdcə ilə. Üstəlik, ilk “11-lik”də 6 yerli futbolçu oynadaraq.

“Fənərbağça”mız isə illik 120 milyon avro büdcə ilə ikinci təsnifat mərhələsində Kiyev “Dinamo”suna məğlub oldu.

Təbriklər, “Qarabağ”!

Təbriklər, Azərbaycan!

Təbriklər, rasional idarəetmə anlayışı!

Bəli, çox sadə demək ki, pul çox şey imiş, amma hər şey deyilmiş”.

“Qarabağ”la “Ferentsvaroş” arasında Bakıda baş tutan ilk oyunda 1:1 hesablı bərabərlik qeydə alınmışdı. Budapeştdə 3:1-ə sevinən təmsilçimiz Çempionlar Liqasının pley-offunda Plzen “Viktoriya”sı ilə qarşılaşacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!