"Neçə illərdi "Qarabağ"da eyni mənzərəyə şahidlik edirik, bu dəfə isə..."

4 İyul 2022 23:40 Qarabağ 1 739
"Neçə illərdi "Qarabağ"da eyni mənzərəyə şahidlik edirik, bu dəfə isə..."

"Qarabağ" sabah Çempionlar Liqasında mübarizəyə start verir. Son çempionumuzun ilk sınağı Polşada baş tutacaq. Təmsilçimizin birinci təsnifat mərhələsində rəqibi son Polşa çempionu "Lex" olacaq.

Ağır oyun öncəsi “Köhlən atlılar”ın sabiq yarımmüdafiəçisi Elmir Xankişiyev düşüncələrini bizimlə bölüşüb:

"Qarabağ" təlim-məşq toplanışlarından qayıdanda sonra bir az yaxşı formada olmur. Amma mərhələlər keçdikcə xətlər arasında əlaqə yaxşılaşır və komanda daha inamlı çıxış etməyə başlayır. Neçə illərdi eyni mənzərəyə şahidlik edirik.

Ancaq dəfə ilk mərhələdəcə güclü "Lex" komandası rəqibdir. Polşa təmsilçisi doğma meydanda oynayacaq. Çətinlik olacağı qaçılmazdır. Nəyin bahasına olsa da bu komandanı mərhələdən kənarlaşdırmaq lazımdır.

Hər zaman olduğu kimi komandamıza inanıram. Ən azı heç-heçəyə ümidliyəm. İnşallah, bu mərhələni keçəndən sonra komanda növbəti mərhələdə daha yaxşı çıxış edə biləcək”.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti