“Qarabağ”ın "Bazel"lə oyununa gedirik" - İsveçrəni arzulayanların DİQQƏTİNƏ!

3 Dekabr 2021 21:00 Qarabağ 1 681
“Qarabağ”ın "Bazel"lə oyununa gedirik" - İsveçrəni arzulayanların DİQQƏTİNƏ!

“Qarabağ” Avropa Konfrans Liqasının qrup mərhələsinin sonuncu turunun “Bazel”lə səfər qarşılaşmasında dəstəksiz qalmayacaq.

Eyniadlı şəhərdə baş tutacaq qarşılaşma günü xeyli sayda azarkeş ağdamlılara dəstək vermək üçün “St. Yakob-Park”ın yolunu tutacaq.

Maraqlıdır ki, bunlar təkcə Avropada yaşayan həmyerlilərimiz deyil. Hətta Bakıdan Bazelə gedənlər olacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yerləşdirilib.

Belə ki, Vüqar Əliyev adlı şəxsi “feysbuk”dakı platformaların birində elan xarakterli status paylaşıb:

“İnşallah, ayın 6-sı “Qarabağ”ın “Bazel“lə oyununa gedirik. Marşrut Bakı-Budapeşt-Afina-Bazel-Praqa. Praqadan qatarla Budapeştə getməyi düşünürük. Ayın 12-də isə geri qayıtmağı planlaşdırırıq.

Qeyd etdiyim şəhərlərdə vəziyyət necədir? Əsasən də Praqada. Əvvəldən təşəkkür edirəm!”

Vüqar bəyin paylaşımında marşrut ardıcıllığı və gediş-dönüş tarixləri ilə bağlı müəmma olduğundan, özü ilə söhbətləşmək maraqlı olardı. Təəssüf ki, əlaqə saxlaya bilmədik.

“Bazel” – “Qarabağ” görüşü dekabrın 9-u Bakı vaxtı ilə saat 23.55-də başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı