"Hər iki oyunda "Qarabağ"ı uda bilərdilər" - "Bazel"in baş məşqçisi

25 Noyabr 2021 11:00 Qarabağ 885
"Hər iki oyunda "Qarabağ"ı uda bilərdilər" - "Bazel"in baş məşqçisi

"Konfrans Liqasında mümkün qədər uzağa getmək istəyirik.

"Kayrat" topladığı xalların sayına baxmayaraq, göründüyündən qat-qat güclü komandadır".

Sportinfo.az xəbər verir ki, bu fikirləri İsveçrə "Bazel"inin baş məşqçisi Patrik Rahmen Qazaxıstanda "Kayrat"a qarşı keçirəcəkləri Konfrans Liqasının qrup oyunundan öncə mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis bildirib ki, Almatı təmsilçisinin "Qarabağ"a 1:2 hesabı ilə uduzduğu hər iki qrup matçını təhlil edib:

"Bu qarşılaşmalarda "Kayrat" rəqibini tam olaraq məğlub edə bilərdi".

Bu gün oynanılacaq "Kayrat" - "Bazel" matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR