"Mahirin çoxlu təklifi olsa da, onlarla anlaşmağa yaxındır”

3 May 2021 18:00 Qarabağ 1 511
"Mahirin çoxlu təklifi olsa da, onlarla anlaşmağa yaxındır”

"Legiya" (Varşava) Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Mahir Emreli ilə anlaşmağa yaxındır.

Sportinfo.az xəbər verir ki, bu barədə Polşada fəaliyyət göstərən ispaniyalı jurnalist Eugenio Qonsales Agilera tvitterdə yazıb.

O, danışıqların çox yaxşı getdiyini bildirib: "Çoxlu təklifi olmasına baxmayaraq, Mahir Emreli "Legiya" ilə anlaşmağa yaxındır. "Legiya" danışıqları sürətlə inkişaf etdirir".

Emreli 2015-ci ildən "Qarabağ"ın formasını geyinir. Onun Ağdam təmsilçisi ilə müqaviləsi yayda başa çatacaq.

24 yaşlı hücumçu hazırda Premyer Liqada 16 qolla bombardirlik yarışında ikinci sıradadır. Emreli ilə Polşanın daha bir neçə klubu maraqlanır.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"