Qurban Qurbanova qarşı təxribat törətdilər - FOTO

16 Yanvar 2020 14:25 Qalmaqal 2 535
Qurban Qurbanova qarşı təxribat törətdilər - FOTO

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova qarşı "facebook" sosial şəbəkəsində təxribat törədilib.

Sportinfo.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısının adına açılmış səhifələrdən biri fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinə namizədliyini irəli sürən şəxs haqqında nalayiq ifadələr işlədib, status paylaşıb.

Həmin paylaşımda namizəd barədə müxtəlif ittihamlar səslənib, onun şəxsiyyəti müzakirəyə çıxarılıb. Buna etiraz edənlərin, Qurban Qurbanovun adından istifadə olunduğuna görə səhifəni qınayanların şərhləri isə silinib.

Maraqlıdır ki, səhifənin 15 minə yaxın izləyicisi var.

Digər Xəbərlər
Xəbər Lenti