"Sportinfo"ya ŞOK MƏKTUB göndərdi: "O, AFFA-nın adından istifadə edib, bizdən pul istəyir"

6 Mart 2023 14:00 Qalmaqal 1 010
"Sportinfo"ya ŞOK MƏKTUB göndərdi: "O, AFFA-nın adından istifadə edib, bizdən pul istəyir"

Vətən müharibəsi veteranı Əli Mustafayev AFFA -nın baş katibi Sərxan Hacıyevə açıq məktub yazıb.

Azərbaycan torpaqları uğrunda gedən döyüşlərdə yaralanmış qazi futbolçu həmin məktubun bir surətini Sportinfo.az-ın redaksiyasına göndərib.

O. burada başına gələn hadisədən bəhs edib.

Qarabağda ermənilərə qarşı vuruşmuş əsgər oyunçu Region Liqasında mübarizə aparan «İrəvan»ın prezidenti və baş məşqçisi Zahid Niyazəliyev tərəfindən aldadıldığını bildirib:

«Hərbi xidməti bitirdikdən sonra Zahid N. (müəllim deməyə dilim gəlmir) məni maaş verəcəyinə inandıraraq, «İrəvan» klubuna dəvət etdi.

AFFA-dan lisenziya almaq üçün bütün futbolçulardan olduğu kimi, məndən də 135 AZN pul almaq istədi. Bildirdi ki, keçən il AFFA lisenziya üçün 80 AZN alırdı, bu il 135 manata qalxıb.

Sonradan mənə bank kartının nömrəsini ataraq, vəsaitin ora köçürülməsini istədi. Mən də bu qədər pulumun olmadığını, müharibə iştirakçısı olduğumu ona bildirdim.

Bu səbəbdən, məni yalnız komandada oyunçu olmayanda meydana buraxırdı. Yeni qapıçı gələndən sonra ümumiyyətlə. oyuna buraxmadı.

Komandadan ayrılmaq istəyəndə, dedi ki, mən «Rekord» FK-nın məşqçisi ilə danışmalıyam. Mən bununla bağlı AFFA -ya şikayətə getdim, ərizə verdim. Şikayətimi Nurlan müəllimə bildirdim.

Şikayətimi bildirən zaman biz yuxarı mərtəbəyə qalxmıştıq. Mən bura gəlməyimin səbəbini ilkin olaraq mühafizəçilərə bildirmişdim.

Şikayətimi bildirdikdən 2-3 saat sonra Zahid N. mənə zəng edərək, «Sənə azad agent statusu verirəm, ərizəni geri götür» dedi. Mən də telefon vasitəsilə şikayətimi geri götürdüm.

Zahid N. mənim müharibə iştirakçısı olduğumu bildiyi halda, bizimlə söyüş və təhqirlərlə danışırdı. Şərəf və ləyaqətimizi alçaltmaq istəyirdi. Ailə tərbiyəmiz, mentalitetimiz özümüzdən yaşlı olan insana cavab qaytarmağa imkan vermirdi.

Bizə bildirirdi ki, onun AFFA -da adamları var. Onun AFFA-nın adından istifadə edərək, uşaqlardan pul yığılması kimi dələduzluq hərəkətlərinə son qoyulmasını xahiş edirəm»..

P.S. Qarşı tərəfə tribuna verməyə hazırıq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"