Bu ölkədə millimizi izləmək istəyənlərdən 4 manat tələb olunur

03:40 Qadın futbolu 97
Bu ölkədə millimizi izləmək istəyənlərdən 4 manat tələb olunur

Banqladeşdə qadın futbolçulardan ibarət komandalar arasında keçiriləcək “FIFA Tri Nations Women’s Football Series 2025” turnirinin oyunları üçün biletlər satışa çıxarılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Banqladeş Futbol Federasiyası məlumat yayıb.

Bildirilib ki, biletlər azarkeşlərin stadiona cəlb olunması üçün formal qiymətə satışa çıxarılıb.

Belə ki, biletlər yerlərindən asılı olaraq 100-300 taka (1,4 – 4 manat) arasında dəyişir. VIP yerlərinə biletlər isə qadınlar futbolunun rəsmi sponsorları üçün ayrılıb.

Dəkkə şəhərində təşkil olunacaq turnir çərçivəsində noyabrın 26-da Banqladeş – Malayziya, 29-da Malayziya – Azərbaycan, dekabrın 2-də isə Banqladeş – Azərbaycan oyunları keçiriləcək.

Bütün matçlar Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Noyabr 08:50 Bu liqada TƏYİNATLAR