"Neftçi"nin qızları qarşısına çıxana “toy tutur”

8 Noyabr 2025 03:40 Qadın futbolu 694
"Neftçi"nin qızları qarşısına çıxana “toy tutur”

“Neftçi” Yüksək Qızlar Liqasında ardıcıl beşinci qələbəsini qazanıb.

Sportinfo.az xəbər verir ki, "ağ-qaralar"ın qadınlardan ibarət komandası 5-ci turda “Şəfa”nın qapısından 3 cavabsız top keçirib.

“Palms Sports” Futbol Mərkəzində baş tutan matçda qollardan ikisinə Ayşən Salamzadə (12-ci və 14-cü dəqiqələr), birinə isə Alina Nəhmədova (59-cu dəqiqə) imza atıblar.

5 oyundan sonra maksimum nəticə ilə turnir cədvəlinin zirvəsində qərarlaşan “Neftçi” 6-cı turda “Araz-Naxçıvan”ın qonağı olacaq.

Noyabrın 10-da “Rekord Arena”da baş tutacaq görüş saat 13:00-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
3 Mart 04:40 Azərbaycan qalib oldu