Yeni mövsümün püşkü atıldı, “Neftçi”nin qarşısına “Ümid” çıxdı - FOTOLAR

4 Oktyabr 2025 09:20 Qadın futbolu 867
Yeni mövsümün püşkü atıldı, “Neftçi”nin qarşısına “Ümid” çıxdı - FOTOLAR

AFFA-nın bayrağı altında təşkil edilən Yüksək Qızlar Liqasında 2025/2026-cı illər mövsümünün püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, AFFA-nın inzibati binasında keçirilən püşkatma mərasimində ilk olaraq AFFA-nın baş katibi Cahangir Fərəcullayev çıxış edərək, turnirə qatılan komandalara uğurlar arzulayıb.

Daha sonra AFFA-nın Qadın futbolu departamentinin rəhbəri Zümrüd Ağayeva çempionatın reqlamenti ilə bağlı məlumat verib.

AFFA Yüksək Qızlar Liqasında ötən mövsümlə müqayisədə komanda sayı iki dəfə artırılıb. Belə ki, 12 komandanın iştirakı ilə təşkil olunacaq çempionat iki dövrədən ibarət – ev-səfər prinsipi ilə dairəvi sistemlə keçiriləcək.

AFFA Yüksək Qızlar Liqasında I turun oyunları oktyabrın 9-12-də keçiriləcək.
I turun təqvimi

“Qəbələ” – “Araz-Naxçıvan”
“Sabah” – “Şəfa”
“Baku Juniors” – “Zaqatala”
“Sumqayıt” – “Təhsil”
“Dirçəliş” – “Liman”
“Neftçi” – Ümid” (Gəncə)









Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu
17 Sentyabr 00:50 "Sumqayıt"dan ÜÇ SEÇİM