“Bəlkə bu transfer məni daha böyük klublara aparacaq”

28 Avqust 2025 03:50 Qadın futbolu 927
“Bəlkə bu transfer məni daha böyük klublara aparacaq”

Rusiya təmsilçisi “Krasnodar” Azərbaycan millisinin futbolçusu Sevinc Cəfərzadəyə klubda işləməyi təklif edib.

Sportinfo.az xəbər verir ki, bunu "report"a yığmanın kapitanı özü deyib.

O, bu komandadan Türkiyənin “Yüksekova” klubuna keçidi ilə bağlı danışıb:

“Mən Rusiyada olanda Türkiyədən təkliflər almışdım. Amma burda çempionatın bitməsini gözləyirdim. Daha sonra qərar verəcəkdim. Elə oldu ki, “Yüksekova”dan yaxşı təklif aldım. Mən də dəyərləndirmək qərarına gəldim. Amma ilk olaraq “Krasnodar”ın məşqçisi və direktoru ilə danışdım. Onların fikirlərini dinlədikdən sonra qərarımı qətiləşdirdim. Üç ay sonra müqaviləmin müddəti bitəcəkdi”.

O, Rusiya klubunda beş il çıxış etdiyini xatırladıb:

“Artıq bəlli yaşım var. Qərarım liqa və çempionat bitəndən sonra başqa ölkəyə getmək idi. Amma mənə burada qalıb klubda işləməyi təklif etdilər. Bu məqam məni çox sevindirsə də, düşündüm ki, futbolçu karyeramı davam etdirməliyəm. Millinin üzvüyəm. Karyeramı başa vurmaq fikrində deyiləm”.

S.Cəfərzadə hər futbolçuya belə təkliflərin gəlmədiyini deyib:

“Hər oyunçuda belə şans olmur. Bunu dəyərləndirib işimə davam edəcəyəm. Bəlkə bu transfer məni daha böyük klublara aparacaq. Böyük uğurlara gedən yol kiçik addımlardan keçir. İlk dəfə Türkiyə çempionatında oynayacağam. Bunu dəyərləndirib yaxşı yerlərə getməyə çalışacağam. Amma olduğum yerdən də çox məmnunam. Ona görə buradayam. Gələcəklə bağlı sonra qərar verəcəyəm. İndidən tələsmək istəmirəm. Mənə olan inamı doğrultmağa çalışacağam”.

Sevinc Cəfərzadə "Yüksekova" klubu ilə 1 illik müqavilə bağlayıb. Azərbaycan millisinin qapıçısı Aytac Şərifova da bu komandanın formasını geyinir.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu
17 Sentyabr 00:50 "Sumqayıt"dan ÜÇ SEÇİM