"Neftçi"nin Gürcüstan klubu ilə oyununun vaxtı açıqlandı - Çempionlar Liqasında

6 Sentyabr 2024 10:20 Qadın futbolu 797
"Neftçi"nin Gürcüstan klubu ilə oyununun vaxtı açıqlandı - Çempionlar Liqasında

Qadın futbolu üzrə Çempionlar Liqasının 2-ci qrupunda Azərbaycanı təmsil edən “Neftçi”nin Gürcüstanın “Lançxuti” komandası ilə 3-cü yer uğrunda oyunun başlama tarixi və vaxtı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, görüş sentyabrın 7-də Gürcüstanın Tskaltuba şəhərində baş tutacaq.

Oyuna Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.

Daha əvvəl “Neftçi” Avstriyanın “Sankt-Pölten” klubuna 0:5 uduzub. “Lançxuti” isə Albaniyanın “Vlajniya” klubu ilə görüşdə 0:3 hesabı ilə məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti
27 Dekabr 18:10 Çək və bizə göndər!
27 Dekabr 02:30 1000 manatlıq söyüş