Millimiz Sarayevoda son dəqiqə qolu ilə ev sahiblərinə uduzdu

8 Aprel 2022 00:30 Qadın futbolu 482
Millimiz Sarayevoda son dəqiqə qolu ilə ev sahiblərinə uduzdu

Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, komandamız Sarayevo şəhərindəki “Qrbaviça” stadionunda Bosniya və Herseqovina ilə qarşılaşıb.

İngiltərədən olan hakimlər briqadası idarə etdiyi oyunun taleyini bir qol həll edib. Azərbaycan futzalçıları əlavə vaxtda buraxdıqları qol nəticəsində meydanı xalsız tərk ediblər.

DÇ-2023-ün seçmə mərhələsi
E qrupu

Bosniya və Herseqovina – Azərbaycan 1:0

Qol: Milena Nikoliç, 90+4.
Hakimlər: Körsti Dovl, Melissa Börgin, Sofie Denninqton, Lisa Ben (İngiltərə).
Sarayevo. “Qrbaviça” stadionu.

Xal durumu: Danimarka – 18, Rusiya – 15, Monteneqro – 9, Bosniya və Herseqovina – 7, Malta – 4, Azərbaycan – 3.

Digər Xəbərlər
Xəbər Lenti