"Xəzər Lənkəran"da işləmiş məşhur xəstəxanaya yerləşdirildi

12 Fevral 14:20 Problem 693
"Xəzər Lənkəran"da işləmiş məşhur xəstəxanaya yerləşdirildi

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Oğuz Çətin səhhətində qəfil yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilib.

Sportinfo.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Onun reanimasiyaya yerləşdirildiyi, ümumi durumunun normal, şüurunun yerində olduğu qeyd edilib. Buna baxmayaraq, mütəxəssis bir müddət reanimasiyada həkimlərin nəzarəti altında saxlanılacaq.

Oğuz Çətin 2013/2014 mövsümündə “Xəzər Lənkəran” komandasında Mustafa Dənizlinin köməkçisi, daha sonra baş məşqçi kimi fəaliyyət göstərib.

Digər Xəbərlər
Xəbər Lenti