“Rusiya Ukraynada uduzsa, Qafqazda müharibə başlayacaq” - Moskvadan hədə

8 Fevral 2023 15:50 Problem 611
“Rusiya Ukraynada uduzsa, Qafqazda müharibə başlayacaq” - Moskvadan hədə

“Rusiyanın Ukraynadakı məğlubiyyəti Avrasiya məkanında sabitliyin ciddi şəkildə pozulması təhlükəsi yaradacaq və bir çox dondurulmuş münaqişələri təzədən alovlandıracaq”.

Bunu rusiyalı politoloq Dmitri Trenin İrəvanda keçirilən “Ermənistan və qlobal Rusiya-Qərb qarşıdurması: 2022-ci ilin yekunları” adlı vodeokonfransda deyib.

Onun sözlərinə görə, Avrasiyada, o cümlədən Qafqazda çox şey Ukrayna münaqişəsinin nəticəsindən asılı olacaq. “Resurs, motivasiya baxımından açığı, Rusiyanın qələbəsi kifayət qədər gözləniləndir.

O halda Avrasiyada vəziyyət daha stabil olacaq. Qələbə Rusiyaya sistemyaradıcı güc kimi çıxış etmək üçün yeni imkanlar açacaq. Əgər bu baş verməzsə, o zaman bizi Cənubi Qafqaz da daxil olmaqla, Avrasiyanı yeni münaqişələr və qeyri-sabitlik gözləyir”, - Trenin iddia edib.

Rusiyalı analitik sözsüz ki, bununla ilk növbədə öz ölkəsinin geosiyasi önəmini, əhəmiyyətini və çəkisini şişirtməyə çalışıb.

Guya Rusiya Avrasiyada sabitləşdirici faktor, “qoruyucu mələk” rolundadır. Halbuki Rusiyanın tarixi bunun tam əksini deyir. Harada Rusiya yoxdur, ora inkişaf var, rifah var. Rus əsgərinin olduğu yerdə isə ot da bitmir.

Digər Xəbərlər
Xəbər Lenti