Tanınmış məşqçinin menecer oğlu azərbaycanlı futbolçuya FIRILDAQ GƏLDİ!

3 Avqust 2021 17:00 Problem 2 266
Tanınmış məşqçinin menecer oğlu azərbaycanlı futbolçuya FIRILDAQ GƏLDİ!

U-21 yığmasının sabiq müdafiəçisi Turan Manafov fırıldaqla üzləşib.

Menecerlər “Səbail” ilə müqaviləsi bitmiş gənc futbolçunu aldadıb.

Belə ki, ona karyerasını ölkə xaricində davam etdirmək təklif olunub və bununla razılaşan Turan Bayıl təmsilçisindən ayrılıb.

“Dənizçilər”in yeni anlaşma təklifini geri çevirən 22 yaşlı sol cinah oyunçusunun bütün arzuları suya düşüb.

Onu aldadan isə vaxtilə Azərbaycanda “İnter” (indiki “Keşlə”) və “Simurq” kimi klublarda oynamış, indi futbol menecerliyi ilə məşğul olan Baçana Sxadadzedir.

“İnter”in sabiq baş məşqçisi Kaxaber Sxazadzenin oğlu vəd etdiyi variantların heç birini gerçəkləşdirməyib.

Baçana Manafova Latviyanın “Liepaya” klubu ilə yanaşı, Türkiyədən “Ankara Keçiörəngücü”, Şimali Makedoniyadan “Şkupi” və ötən mövsümün nəticəsinə əsasən, Avstriya Bundesliqasının sonuncusu olmuş “Admira Vakker”dən birində çıxış etməsinə köməklik göstərəcəyinə söz verib, sonda da sözünün arxasından qaçıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır