Millimizlə oyundan əvvəl problemi həll olundu - Portuqaliyanın

5 Mart 2021 23:20 Problem 1 047
Millimizlə oyundan əvvəl problemi həll olundu - Portuqaliyanın

Portuqaliya millisinin İngiltərə Premyer Liqasında çıxış edən futbolçularının DÇ-2022-nin seçmə mərhələ oyunları üçün yığmanın düşərgəsinə qoşulmalarında problem olmayacaq.

Sportinfo.az"A Bola" nəşrinə istinadən xəbər verir ki, Azrəbaycanla matçın İtaliyaya salınması "Liverpul"un hücumçusu Diequ Jota və "Mançester Yunayted"in yarımmüdafiəçisi Brunu Fernandeşin komandaya yolunu açıb.

Koronavirus testi mənfi çıxmış milli üzvləri klublarından birbaşa Turinə, oradan isə əvvəlcə Serbiyaya, sonra Lüksemburqa yollanacaqlar.

Portuqaliya koronavirus pandemiyasının ən çox yayıldığı ölkələrdən biri olduğu üçün "qırmızı zona" hesab olunur.

Bu ölkəyə gedən futbolçular klublarına qayıtdıqdan sonra 10 gün karantində qalmalı idilər. Bu səbəbdən "Liverpul" və "Mançester Yunayted" komandaları portuqaliyalı oyunçuların yığmaya gedişinə icazə vermək istəmirdi.

Portuqaliya martın 24-də İtaliya "Yuventus"una məxsus stadionda Azərbaycanla qarşılaşacaq. 3 gün sonra Serbiyanın qonağı olacaq pireneylilər martın 30-da isə səfərdə Lüksemburqla üz-üzə gələcəklər.

Digər Xəbərlər
Xəbər Lenti