Gələn mövsüm Premyer Liqada neçə klubun çıxış edəcəyi bilindi

1 İyun 2020 18:34 Premyerliqa 1 556
Gələn mövsüm Premyer Liqada neçə klubun çıxış edəcəyi bilindi

AFFA bu il də Premyer Liqa iştirakçılarının sayını artırmayacaq.

Son 4 mövsümdə olduğu kimi, gələn «futbol ili» də 8 klubun iştirakıyla keçiriləcək.

Sportinfo.az-ın məlumatına görə, federasiyanın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov bununla bağlı elita təmsilçilərini xəbərdar edib. O, klub rəsmiləriylə söhbətində bildirib ki, növbəti mövsümdə I Diviziondan yuxarı eşalona gələn olmayacaq.

Məmmədov bunun səbəbini maliyyə vəziyyəti ilə əlaqələndirib. AFFA-nın idarəçi şəxsi bildirib ki, koronavirus pandemiyası qurumun maddi durumuna mənfi təsir göstərib və aşağı liqadan 2 komandanın güclülər dəstəsinə cəlb olunması artıq mümkünsüzdür.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır