"Sumqayıt" Tovuzda əzmkarlıq göstərdi, qazandı

31 Mart 2023 17:24 Premyerliqa 1 535
"Sumqayıt" Tovuzda əzmkarlıq göstərdi, qazandı

Azərbaycan Premyer Liqasında sonuncu - IV dövrəyə start verilib.

Sportinfo.az xəbər verir ki, XXVIII turun ilk oyun günündə bir görüş keçirilib.

Turnir cədvəlinin ikinci “beşliy”ində qərarlaşan “Turan Tovuz”la “Sumqayıt” üz-üzə gəliblər. Tovuz şəhər stadionundakı qarşılaşma məhsuldar alınıb.

Matçda hesabı 7-ci dəqiqədə meydan sahibləri açıblar. Natan Oduva fərqlənib. Cəmi 4 dəqiqə sonra Kamran Əliyev bərabərlik qolunu vurub.

33-cü dəqiqədə qərblilər yenidən önə keçiblər. Bu dəfə komandanın ən sərrast oyunçusu Runi Eva toru silkələyib.

Ancaq “gənclik şəhəri” təmsilçisi geridönüş etməyə müvəffəq olub. Əvvəlcə 58-ci dəqiqədə Dieqo Karioka penaltini dəqiq yerinə yetirib.

Qarşılaşmada son nöqtəni isə 68-cü dəqiqədə Kamran Əliyev qoyub. “Sumqayıt”ın qış fasiləsində heyətində cəlb etdiyi yarımmüdafiəçi dubla imza ataraq, komandasına 3:2 hesablı səfər qələbəsi qazandırıb.

90+4-cü dəqiqədə qonaqların kapitanı Vüqar Mustafayevin qırmızı vərəqə alaraq, meydandan qovulması da nəticəyə təsir göstərməyib.

Qalibiyyət sayəsində xallarının sayını 24-ə çatdıran “Sumqayıt” turnir cədvəlində yeddinci pilləyə yüksəlib. Altıncı sıradakı “Turan Tovuz” isə 28 xalda qalıb.

Turun "Kəpəz" - "Səbail" və "Zirə" - "Neftçi" oyunları aprelin 1-də, "Şamaxı" - "Qarabağ" və "Sabah" - "Qəbələ" görüşləri isə aprelin 2-də keçiriləcək.

31 mart

"Turan Tovuz" - "Sumqayıt" 2:3

Qollar: Natan Oduva 7, Runi Eva 33 - Kamran Əliyev 11, 68, Dieqo Karioka 58-(pen)
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Səbuhi Bayramov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Tovuz şəhər stadionu

“Turan Tovuz”: 85. Kamal Bayramov (k), 4. Şəhriyar Əliyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 25. Denis Marandiçi, 19. Runi Eva, 9. Belajdi Pusi

Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 77. Cavid Tağıyev, 7. Ehtiram Şahverdiyev, 6. Turan Vəlizadə, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 23. Okebuqvu Henri, 11. Ayxan Quseynov

Baş məşqçi: Ayxan Abbasov

“Sumqayıt”: 25. İlnur Valiev, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 5. Stiven Pereyra, 22. Dieqo Karioka, 23. Kamran Aliev, 12. Todor Todoroski, 71. Masaki Murata

Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 32. Murad Ağamalıyev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 9. Karim Abubakar, 37. Alya Ture

Baş məşqçi: Samir Abasov

Xəbər Lenti