“Sabah” Tovuzda 3, “Sumqayıt” evdə 1 xal qazandı

29 Noyabr 2022 18:23 Premyerliqa 913
“Sabah” Tovuzda 3, “Sumqayıt” evdə 1 xal qazandı

Bu gün Premyer Liqada XV tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, günün hər iki matçı paytaxtdan kənarda keçirilib.

İlk görüş Tovuzda baş tutub. Debütant “Turan Tovuz” doğma azarkeşləri önündə çempionluğa iddialı “Sabah”ı qəbul edib.

Bir qolun həlledici olduğu qarşılaşmada qonaqlar sevinib. Aleksey Kaşukun qolu “Sabah”a vacib 3 xal qazandırıb.

Bir gün əvvəl “Qarabağ”ın büdrəməsi sayəsində Murad Musayevin yetirmələri liderlə xal fərqini 3-ə endirib.

Tura “Sumqayıt”la “Qəbələ”nin dueli ilə yekun vurulub. Bu mövsüm qələbə üzünə həsrət qalan yeganə komanda olan “gənclik şəhəri” təmsilçisi bu dəfə də azarkeşlərini sevindirə bilməyib.

İsnik Aliminin penalti zərbəsi ilə hesabı açdığı matçda meydan sahibləri məğlubiyyətdən qaça bilib. Todor Todoroski hesabda tarazlıq yaradıb – 1:1.

Vacib iki xal itirən “Qəbələ” 4-cü pilləyə yüksəlmək şansını qaçırıb.

Turun əvvəlki matçlarında "Neftçi" "Səbail"i 3:1 hesabı ilə üstələyib, "Kəpəz" Şamaxıda eyniadlı komanda ilə heç-heçə edib - 1:1, "Qarabağ" isə "Zirə"nin müqavimətini qıra bilməyib - 0:0.

29 noyabr

14:00. “Turan Tovuz” – “Sabah” 0:1

Qollar: Aleksey Kaşuk, 80
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Orxan Məmmədov
Tovuz şəhər stadionu

“Turan Tovuz”: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 17. Natan Oduva, 19. Runi Eva, 23. Okebuqvu Henri, 11. Ayxan Quseynov
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 13. Mehman Hacıyev, 60. Səbayıl Bağırov, 10. Xəyal Nəcəfov, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 87. Nazim Həsənzadə, 30. Piruzi Marakvelidze, 9. İmeda Aşortiya
Baş məşqçi: Ayxan Abbasov
“Sabah”: 12. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 99. Emmanuel Apeh, 8. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 6. Abdulax Xaybulayev, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 15. Kristian da Silva, 11. Kristian Sebalyos, 18. Davit Volkov, 19. Con İrasabal
Baş məşqçi: Murad Musayev

16:30. “Sumqayıt” – “Qəbələ” 1:1

Qol: Bahadur Həziyev, 68 – Mixeil Erqemlidze, 11.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov
Hakim-inspektor: Asim Xudiyev
“Kapital Bank Arena”

“Sumqayıt”: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 8. Səbuhi Abdullazadə, 30. Filipe Çabi, 5. Stiven Pereyra, 43. Riçard Qadze, 12. Todor Todoroski
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 36. Xəyal Fərzullayev, 15. Vüqar Bəybalayev, 24. Elşən Abdullayev, 55. İbrahim Əliyev, 19. Xəzər Mahmudov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 23. Rifat Nurmuqamet, 9. Almir Aqanspahiç
Məşqçi: Mübariz Orucov
“Qəbələ”: 13. Kristof Atanqana, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev, 77. Emil Səfərov, 91. Ramon Maçado, 5. İsnik Alimi, 97. Felipe Santos, 6. Feras Abu Akal, 10. Omar Hani
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 36. Elməddin Sultanov, 34. Urfan Abbasov, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 88. Gülağa Əsədov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev

Xəbər Lenti