“Qarabağ”a görə lap Bakıya da gələrdik” – MÖHTƏŞƏM JEST

17 Avqust 2022 19:40 Premyerliqa 3 665
“Qarabağ”a görə lap Bakıya da gələrdik” – MÖHTƏŞƏM JEST

“Qarabağ”dan təklif gələndə klub rəhbərliyi ilə düşünmədən “hə” dedik.

“Qarabağ” Avropadakı qürurumuzdur, yenidən Çempionlar Liqasının qrup mərhələsində oynamasını arzulayırıq”.

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Sportinfo.az-a açıqlamasında komandasının Premyer Liqanın 3-cü tutu çərçivəsində “Qarabağ”la oyununun təxirə salınması ilə bağlı fikirlərini bölüşüb.

Ayxan bəyin açıqlamasındakı canyananlığı anlamaq çətin deyil. O da hər birimiz kimi “köhlən atlar”ın qrup mərhələsində oynaması üçün əlindən gələni etməyə çalışır. Bunu başa düşdük.

Abbasov qarşı tərəfdən bununla bağlı müraciət alanda qəti düşünmədiklərini deyərək, indiki məqamda ağdamlılara lazım olan hər cür kömək etməyə hazır olduqlarını dilə gətirib:

“Qarabağ” sıx qrafikdə oynamağa alışıb. Bu, neçə illərdir belədir. Amma indi elə məqamdır ki, həqiqətən pauzaya ehtiyacları var.

Qısa müddətdə “Viktoriya”nı Bakıda qəbul etmək, ardınca Tovuza gəlib-qayıtmaq, sonra da Çexiyaya yollanmaq – olduqca çətindir.

Müraciəti anlayışla qarşıladıq. “Qarabağ” istəsəydi, lap gəlib Bakıda da gəlib oynaya bilərdik”.

HƏBİB

Xəbər Lenti