Premyer Liqa klublarına nəzarət AFFA-dan alındı, bu nazirliyə verildi

3 İyul 2022 13:00 Premyerliqa 4 652
Premyer Liqa klublarına nəzarət AFFA-dan alındı, bu nazirliyə verildi

Azərbaycan Gənclər və İdman Nazirliyinə (GİN) yeni səlahiyyət verilib.

Bu haqda Sportinfo.az-a GİN-dən məlumat daxil olub.

Redaksiyamıza verilən informasiyaya görə, Premyer Liqa bundan sonra nazirlik vasitəsilə dövlətdən maliyyə dəstəyi alacaq. Yəni, artı AFFA deyil, GİN bu məsələdə vasitəçi roluna üstlənəcək.

Bununla bağlı İqtisadiyyat Nazirliyi, SOCAR və “Azərlotoreya”nın da razılığı alınıb.

Başqa sözlə, AFFA artıq Premyer Liqanın yeni titul sponsorunun müəyyənləşdirilməsi məsələsində iştirak etmir.

SOCAR əsas himayədarı olduğu AFFA-nı bu yöndə aparılan danışıqlardan kənarda saxlayıb.

Hazırda iki potensial namizəd şirkətlə görüşmələr keçirilir ki, AFFA-nın da heç bir nümayəndəsi ora qatılmır.

Ümumiyyətlə, SOCAR-ın yeni rəhbərliyi federasiya ilə maliyyə müstəvisində fərlqi sistem tətbiq etməyə başlayıb. AFFA-da aylarla çəkən maliyyə yoxlamalarından sonra belə bir fikrə gəlinməsinin özü də maraqlıdır.

Görünür, audit hansısa maraqlı faktları üzə çıxarıb ki, SOCAR daha öz pulunu AFFA-ya etibar etməkdə tərəddüdə düşüb.

Həm də ki, neft şirkəti qurumun Elxan Məmmədovun adamlarından tamamilə təmizlənməsini istəyir.

Keçmiş icraçı vitse-prezident mayın əvvəlindən FİFA-da işə başlasa da, onun təyin etdiyi kadrlar hələ də AFFA-nın başından vurub, ayağından çıxır.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"