Paraatletika üzrə milli komandamızın nüvə itələmə növündə mübarizə aparan idmançısı Rüfət Rəfiyev Paris-2024 Paralimpiya Oyunlarında iştirak edəcək.
Sportinfo.az xəbər verir ki, paratatletimizin yüksək idman nəticələri nəzərə alınaraq, Dünya Atletika Federasiyası tərəfindən Rüfət Rəfiyevə lisenziya verilib.
Bu, idmançımızın iştirak edəcəyi ikinci Paralimpiya Oyunları olacaq. R.Rəfiyev Rio-2016 Paralimpiadasında debüt edib:
“İkinci dəfə Paralimpiadada iştirak edəcəm. Bu hissləri yenidən yaşamaq çox xoşdur”.
O, indi daha təcrübəli olduğunu deyib:
"Rio-2016-da debüt etmişdim. İndi daha təcrübəli idmançıyam. Məqsədim yaxşı nəticə qazanmaqdır.
Məşqlərimi tam sürətlə davam etdirirəm. Vətənimi layiqincə təmsil etməyə çalışacam".
Paris Yay Paralimpiya Oyunları avqustun 28-də start götürəcək.

