"Neftçi"nin baş məşqçisi 3 transferin üzərində dayanıb

7 Dekabr 2024 13:00 Neftçi 5 192
"Neftçi"nin baş məşqçisi 3 transferin üzərində dayanıb

«Neftçi»nin yeni ildə transfer edəcəyi futbolçuların adları qarşıdakı günlərdə müəyyənləşəcək.

Samir Abasov bu məqsədlə klub rəhbərliyi ilə görüşəcək.

Məhz həmin toplantıda düşərgəyə cəlb olunacaq oyunçuların kimliyinə aydınlıq gələcək.

Oktyabrda «ağ-qaralar»ın sükanı arxasına qayıtmış mütəxəssis 1 aydan artıqdır bu istiqamətdə fəal araşdırma aparmaqdadır.

Ötən müddət ərzində 30-dan artıq əcnəbi futbolçunu nəzərdən keçirib. O. yönətimə yekun siyahı təqdim edəcək.

Abasov qış fasiləsində minumum 3 legionerin alınmasını istəyir - bu da paytaxt təmsilçisindən gələn informasiyalar içərisindədir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş