“Neftçi”nin başını ağrıdan hücumçu bundan nə əldə etdi?

4 İyul 2020 10:52 Neftçi 1 210
“Neftçi”nin başını ağrıdan hücumçu bundan nə əldə etdi?

“Neftçi”dən qalmaqalla ayrılan Baqali Dabonun Apollon” ilə müqavilə imzalamasından xəbərdarsız.

32 yaşlı hücumçu Kipr klubu ilə 2 illik anlaşmanı rəsmiləşdirib.

Fransalı yeni komandasında 11 nömrəli formanı geyinəcək.

Dabo 2016-20-ci illərdə Azərbaycanda çıxış edib. O, iki mövsüm “Qəbələ” (2016-18), iki mövsüm “Neftçi”nin uğurları üçün çalışıb. Baqali 2 dəfə Premyer Liqanın bombardiri adını qazanıb.

Sportinfo.az-ın məlumatına görə, Dabo Kiprdə Azərbaycandan çox pul qazanmayacaq. Onun kontraktının illik miqdarı 150-170 min avro civarındadır.

Digər Xəbərlər
Xəbər Lenti