“Neftçi” yeni müdafiəçisini hansı məbləğə razı salıb?

29 İyun 2025 11:05 Neftçi 4 290
“Neftçi” yeni müdafiəçisini hansı məbləğə razı salıb?

“Neftçi”nin Murad Xaçayevin keçidini rəsmiləşdirməsindən xəbərdarsız.

27 yaşlı müdafiəçi ilə 2 illik müqavilə bağlanıb.

Donetsk “Şaxtyor”unun yetirməsinin sonuncu klubu “Sumqayıt” (2019-2025) olub.

O, Sumqayıt təmsilçisində "Neftçi"nin hazırkı baş məşqçisi Samir Abasovun rəhbərliyi altında da oynayıb.

İndiyədək millimizin heyətində 1 oyuna çıxmış Muradın paytaxt klubunda nə qədər pul qazanacağı da artıq məlumdur.

“Ağ-qaralar“ ona hər ay 20 min manat məvacib ödəyəcək. Bu isə onun “Sumqayıt“da əldə etdiyi gəlirdən xeyli çoxdur.

O,, əvvəlki komandasında 13000 manat maaş alıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti