Samir Abasov niyə “Neftçi"ni burulğandan çıxara bilmir? - VİDEO

4 Yanvar 2025 21:15 Neftçi 2 675
Samir Abasov niyə “Neftçi"ni burulğandan çıxara bilmir? - VİDEO

"Azarkeşlər mövsümə böyük ümid bəsləsələr də, Roman Qriqorçuk "Neftçi"ni çətin günlərə saldı.

Samir Abasova inam və etimad göstərən klub rəhbərliyi ediləcək transferlərdən sonrakı periodu gözləyir.

Çünki bu qədər etimadın qarşılığında hələ ki təcrübəli çalışdırıcı ondan gözləntiləri doğrultmur.

Bir sözlə, "Neftçi" hələ də burulğandan qurtula bilmir. Üzülən isə azarkeşlər olur".

Bu açıqlama ilə “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərov çıxış edib.

Tanınmış jurnalist "Neftçi"nin son 1 ilinə nəzər yetirib, maraqlı şərhlərlə diqqət çəkib. Hər mövsüm komandada edilən dəyişiklər fonunda ümidlənən azarkeşlərin sonda arzuolunmaz duruma düşdüklərini qeyd edib.

E.Cəfərov "ağ-qaralar"da son dövrlər cərəyan edən proseslərə toxunub, məşqçi və futbolçuların rəhbərliyin onlara göstərdiyi etimadı hələ də doğrultmadıqlarını vurğulayıb.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var