"Neftçi"nin hücumçusu: “Əgər o epizod penaltidirsə, mən futbolla vidalaşmağa hazıram"

14:25 Neftçi 197
"Neftçi"nin hücumçusu: “Əgər o epizod penaltidirsə, mən futbolla vidalaşmağa hazıram"

"Oyun barədə nə demək olarki? Hər halda, baş verənlər utancvericidir".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Neftçi"nin lüksemburqlu hücumçusu Alessio Kurçi Premyer Liqanın 7-ci turunda "Zirə"yə qarşı keçirdikləri görüş (2:2) haqda deyib.

O. “Neftçi"nin qapısına təyin edilmiş penalti haqda fikirlərini söyləyib:

"Qalibiyyətə layiq tərəf idik. Məğlub durumda olsaq da, sonradan geridönüş etməyi bacarmışdıq.

Sadəcə, qapımıza təyin edilmiş penalti qələbəmizə mane oldu. Penalti epizodunu da hamı gördü.

Hətta oyundan sonra təkrara baxdım. Əgər o epizod penaltidirsə, mən futbolla vidalaşmağa hazıram".

Digər Xəbərlər
Xəbər Lenti