«Hazırkı «Neftçi»nin ilk «üçlük»də yer almaq potensialı var».
Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.
O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində «ağ-qaralar»ın cari mövsümdəki çıxışını dəyərləndirib.
Bildirib ki, paytaxt təmsilçisi oyun anlamında yaxşı təsir bağışlayır, lakin qeyri-sabit nəticələr onun üzərinə kölgə salır.
Tanınmış teleşərhçi qeyd edib ki, «Neftçi» yaratdığı qol epizodlarından lazımınca istifadə eləmir, bu azmış kimi, müdafiə xəttində yer alanların fərdi səhvləri tez-tez təkrarlanır.
Abbasovun fikrincə, qələbələr bir-birini əvəzləyərsə, futbolçuların özünəinamı artacaq və hər şey öz qaydasına düşəcək.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

