FİFA-dan aldığı bu xəbər “Neftçi”nin futbolçusunu sevindirdi

11:20 Neftçi 657
FİFA-dan aldığı bu xəbər “Neftçi”nin futbolçusunu sevindirdi

“Neftçi”nin üzvü Sessi D’Almeydanın DÇ-2026-nın final mərhələsində iştirakı ilə bağlı əla imkan yaranıb.

Sessinin şərəfini qoruduğu Benin seçməsinin C qrupundakı əsas rəqibi olan Cənubi Afrika Respublikası FİFA tərəfindən cəzalanıb.

Ali futbol qurumunun Nizam-İntizam Komitəsi CAR-a texniki məğlubiyyət verib.

Buna mart ayında CAR-la Lesoto arasında baş tutan görüşdə yol verilən səhv səbəb olub.

Belə ki, 17 xalla turnir cədvəlinə liderlik edən milli Lesoto ilə oyunda vərəqə cəzalısı olan Teboho Mokoenanın xidmətindən yararlanıb.

FİFA məsələni araşdırandan sonra CAR-ın səhvi üzə çıxıb.

Nəticədə CAR-ın 17 xalı 14-ə endirilib və Beninlə xallar bərabərləşıb. Hazırda C qrupuna ən yaxşı top fərqinə malik Benin başçılıq edir.

Bu isə Sessinin komandasının final mərhələsinə yüksəlmək şansını xeyli yaxşılaşdırıb.

Benin qrupda son iki görüşünü oktyabr ayında keçirəcək. Rəqiblər Ruanda və Nigeriya seçmələridir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti