“Neftçi”nin oyunundan sonra yaranan gərginlik - Olayın VİDEOsu

29 Sentyabr 23:00 Neftçi 324
“Neftçi”nin oyunundan sonra yaranan gərginlik - Olayın VİDEOsu

“Neftçi”nin “Karvan-Yevlax”la matçından sonra (0:0) yenə hakim narazılığı yaşandı.

Baş hakim Kamranbəy Rəhimov final fitini səsləndirən kimi kapitan Emin Mahmudov referiyə tərəf qaçaraq ona sərt şəkildə etiraz etdi.

Kamranbəy də sanki bunu gözləyirmiş kimi dərhal əlini cibinə atıb sarı vərəqəni havaya qaldırdı.

Etiraz Rəhimovun əsas vaxta əlavə olunan 5 dəqiqəni sona qədər davam etdirməməsi və oyun ərzindəki epizodlarla bağlıydı.

Həmin an Murad Xaçayevlə Edvin Kuç da ədalət təmsilçisinə ədaləti düzgün qorumadığını başa salmağa çalışırdı.

Vəziyyətin gərginləşdiyini görən baş məşqçi Samir Abasov futbolçularına yaxınlaşıb onları hakimdən uzaqlaşdırdı, Eminə isə barmağı ilə “sus” işarəsini verdi.

Özündən çıxan “Neftçi” azarkeşləri də sakitləşmək fikrində deyildi. Onlar hakimi “yağlamaqla” əsəblərini soyutmağa çalışdılar.

HƏBİB / SPORTİNFO.AZ

Gərgin anların görüntülərini təqdim edirik.

Digər Xəbərlər
Xəbər Lenti
29 Sentyabr 18:10 Çək və bizə göndər!
29 Sentyabr 13:30 "Sportinfo TV”də GÜNDƏM
29 Sentyabr 07:20 Ana nəvazişi ilə... FOTOLAR