
“Neftçi”nin “Beşiktaş”ın sabiq hücumçusu, Vensan Abubakarı heyətinə qatmaq istədiyi barədə xəbər vermişdik.
Sportinfo.az xəbər verir ki, “qafqazinfo” nun əldə etdiyi məlumata görə, Bakı klubu həqiqətən onu heyətinə qatmaq istəyir.
Kamerunlu ilə uzun sürən danışıqlar da aparılıb. Hazırda tərəflər sadəcə maliyyə məsələsində razılığa gələ bilmir. V.Abubakarın maaş tələbi “Neftçi”nin büdcəsinə uyğun deyil.
Lakin paytaxt təmsilçisi ondan imtina etmək niyyətində deyil. Hələ də tərəflər arasındakı danışıqlar davam edir.
Maliyyə məsələsində razılıq olacağı halda, Kamerun yığmasının forvardı Azərbaycana gələcək.