"Neftçi"nin xilaskarı "Sportinfo"ya nələr danışdı?

19:00 Neftçi 208
"Neftçi"nin xilaskarı "Sportinfo"ya nələr danışdı?

"Neftçi" mövsümdə ilk qələbəsini Sumqayıtda qazandı.

"Ağ qaralar" heç də asan keçməyən görüşün yalnız ikinci yarısında fərqləndi.

Xilaskar isə birmənalı olaraq Ağadadaş Salyanski oldu demək olar. Məhz gənc futbolçu meydana çıxandan bir neçə dəqiqə sonra oyunda hesabı açan şəxs oldu.

Forvard sevincini Sportinfo.az-la bölüşüb:

"Çox gərgin oyun keçdi. Özünüz də gördün. Ümumiyyətlə, Sumqayıt səfərləri "Neftçi" üçün hər zaman çətin olub.

Buna baxmayaraq, şükür olsun Allaha sonda qələbə qazandıq. Qol vurduğum üçün sevinirəm, amma bununla iş bitmir.

Qarşıdakı oyunlara daha ciddi hazırlaşıb, maksimum nəticə göstərmək lazımdır".

Ağadadaş "bu qələbə növbəti qələbələrin təməli ola bilərmi" sualına isə belə reaksiya verib:

"Bəli. Əslində arxada qalan matçlarda pis çıxış etmirdik, sadəcə, qol vurmaqda çətinlik yaşayırdıq.

Yaxşı imkanları yaxalayırdıq, sadəcə istifadə edə bilmirdik. Şükürlər olsun bu gün bacardıq.

Düşünürəm ki, bundan sonra qələbə seriyası ola bilər. Qarşıdan "Karvan Yevlax"la matç gəlir.

Üstünlüyümüz odur ki, doğma meydanda oynayacağıq. Qələbə üçün meydana çıxacağıq".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:40 Bu nağıl nə vaxt bitəcək?
24 Sentyabr 20:40 Gəl, “Neftçi”, gəl!