
Murad Xaçayev üçün "Neftçi" - "Sumqayıt" görüşünün yeri xüsusi idi.
Çünki ona doğma olan publika önündə meydana çıxırdı.
Belə ki, Ukrayan nəhəngi Şaxtyor"un yetirməsi olan müdafiəçi 2018-ci ildən ölkəmizdə top qovur.
O, arxada qalan 7 ilin hamısını "Kimyaçılar"ın uğurları üçün tər axıdıb.
Arxada qalan yay Samir Abasovun istəyilə doğma komandasını "ağ qaralar"a dəyişməli olub.
27 yaşlı futbolçu Sportinfo.az-a açıqlamasında meydanda qəribə hislər keçirdiyini bildirib:
"Açığı, qəribə hislər idi. Oyundan sonra "Sumqayıt" azarkeşlərindən diqqət gördüm. Yanlarına çağırıb, dəstək göstərdilər. Xoş anlar idi. Mənə hörmət etmələri sevindiricidir. Hər birinə çox təşəkkür edirəm.
7 il burada olmuşam. Uğurlarımız olub. Bir yerdə sevinib, bir yerdə kədərlənmişik. Aramızda çox şeylər yaşanıb. Hamısına təşəkkür edirəm.
Amma hazırda "Neftçi"dəyəm. Bu klubun formasını geyinirəm. Çalışıram ki, maksimum "Neftçi"yə kömək edim".
XANOĞLAN