"Neftçi" problemlə üzləşdi, fədakarlıqla yadda qaldı

17:00 Neftçi 238
"Neftçi" problemlə üzləşdi, fədakarlıqla yadda qaldı

"Neftçi" mövsümdə ilk qələbəsini Sumqayıtda qazandı.

"Ağ qaralar" ikinci yarıda vurduğu iki qolla 3 xalı aktivinə yazdı.

Qonaqların sadiq fanatları da çətin gündə komandanın yanında idi.

Söhbət "Forza Neftçi" azarkeş qrupundan gedir.

Amma bir qədər gec - matçın start fitindən təxminən 10 dəqiqə sonra onları tribunada görə bildik.

Gecikməyin səbəbi məsuliyyətsizlik yox, fədakarlıq idi.

Belə ki, "Neftçi" tərəfi matçdan öncə meydan sahiblərindən 100 bilet sifariş edib.

Lakin arenanın giriş qapısında say 200-ü ötüb.

Belədə yenidən "Sumqayıt" tərəfinə edilən bilet müraciətinə müsbət cavab gəlməyib.

Çarəsiz qalan qalan qonaqlar kassada uzun növbəni göz önünə gətirməli olublar.

Bu da yekunda qrupun stadiona daxil olmasını ləngitmiş olub.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:40 Bu nağıl nə vaxt bitəcək?
24 Sentyabr 20:40 Gəl, “Neftçi”, gəl!