
"Beşiktaş"ın sabiq hücumçusu Vensan Abubakar Azərbaycanda çıxış edə bilər.
Sportinfo.az xəbər verir ki, "Neftçi" kamerunlu forvardı heyətinə qatmaq istəyir.
Bu barədə jurnalist Reşat Can Özbudak məlumat yayıb.
Bakı klubu hazırda azad agent statusunda olan 33 yaşlı forvarda rəsmi təklif göndərib.
Vensan Abubakar "Beşiktaş"dan başqa, "Valensyen", "Loryan", "Portu" və "Əl-Nəsr"in formasını geyinib. Təcrübəli futbolçunun son klubu isə "Hataysporr" olub.