
"Neftçi"nin vingeri İmad Faraj Premyer Liqanın V turunun “Sumqayıt” üzərində 2:0 hesablı qələbəsini şərh edib.
Sportinfo.az xəbər verir ki, "ağ-qaralar"ın fransalı yarımmüdafiəçisi səfərdəki qalibiyyət haqda bunları deyib:
"Həqiqətən ehtiyac duyduğumuz bu qələbəyə görə çox şadam. Nəhayət ki, layiq olduğumuzu aldıq.
Bu qələbə "Neftçi"yə lazım idi. Oyunumuzu nəzərə alsaq, üç xalı çoxdan qazanmalıydıq.
Amma bəxt bizim tərəfimizdən deyildi. Oyundan qol vura bilməmişdik.
Bununla belə, "Sumqayıt"la matçda işlər yaxşılaşmağa başladı. Mən də asisti təmin etməkdə öz töhfəmi verdim.
Ümid edirəm ki, i şimi davam etdirə biləcəm".