
“Neftçi”nin bu gün düşərgəsinə qatdığı yeni futbolçunun kimliyi bizə bəlli olub.
Bu, Nigeriyanın U-20 yığmasının sabiq yarımmüdafiəçisi İfeanyi Metyunudur.
O, bir qədər əvvəl Azərbaycana təşrif buyurb. Premyer Liqada “transfer pəncərəsi”nin bağlanmasına baxmayaraq, “ağ-qaralar” azad agent statusu daşıyan oyunçuları gözdən keçirməyə davam edir.
Son olaraq İsveçrədə “Sürix”in formasını geyinmiş 28 yaşlı afrikalı hazırda klubsuzdur. Bakılılar dörd aya yaxındır ”hava”da olan orta sahə oyunçusuna birbaşa müqavilə təklif eləyib.
Güman ki, tərəflər arasında 2 illik kontrakt bağlanacaq. Norveçdə “Lilleström”, Türkiyədə Osmanlıspor”un formasını geyinmiş Metyu 2016-cı ildə Nigeriyadan Avropaya köçüb və həmin vaxtdan bəri qitənin bir neçə klubunda oynayıb.
SPORTİNFO.AZ