SON DƏQİQƏ – “Neftçi”nin yeni transferi Bakıya gəldi

16:20 Neftçi 1 214
SON DƏQİQƏ – “Neftçi”nin yeni transferi Bakıya gəldi

“Neftçi” heyətini yeni legionerlə gücləndirməyə hazırlaşır.

həmin oyunçu artıq Bakıdadır.

Futbolçunun adənı hələ ki, dəqiqləşdirə bilməmişik.

Bildiyimiz odur ki, yarımmüdafiənin mərkəzində - “6” və “8 nömrə” mövqelərində oynamaq bacarığı ilə seçilir və Afrika qitəsindəndir.

Tibbi müayinədən keçəcək transferin bu gün, uzağı sabah ictimaiyyətə təqdim olunacağı gözlənilir.

"Neftçi" cari mövsüm üçün indiyədək 12 oyunçu ilə anlaşıb.

Bunlar Sessi D’Almeyda (“Apollon Limassol”), Luis Ortis (“Sportivo Ameliano”dan icarəyə götürülüb), Elvin Bədəlov (Sumqayıt"), Murad Xaçayev ("Sumqayıt"), İqor Ribeyro ("Araz-Naxçıvan"), İmad Faraj (“AEK Larnaka”), Freddi Varqas (“Makkabi Netanya”dan icarəyə götürülüb), Cordan Rezabala ("Dorados"), Kristian Kostin (“Dinamo” Buxarest, Rumıniya), Kenan Piriç ("Antalyaspor", Türkiyə), Alessio Kurçi (“Francs Borains”, Belçika) və Falaye Sakodur ("Monpelye", Fransa).

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti