Emin Mahmudov “Qarabağ”ı izlədi, “Qurban Qurbanov möhtəşəm iş görüb” dedi

19:20 Neftçi 189
Emin Mahmudov “Qarabağ”ı izlədi, “Qurban Qurbanov möhtəşəm iş görüb” dedi

"Qarabağ"ı qazandığı uğura görə təbrik edirəm".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Neftçi"nin kapitanı Emin Mahmudov deyib.

Yarımmüdafiəçi "Dost TV"yə açıqlamasında "Qarabağ"ın Portuqaliyada "Benfika"ya qalib gəldiyi Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunu ilə bağlı danışıb:

"Həmin oyuna baxdım. "Benfika" ilə matçda çox yaxşı idilər.

Ümimiyyətlə stabillik bu yerə gətirir. Futbolçular çoxdan bir yerdədirlər.

Qurban müəllim də möhtəşəm iş görüb. Ona görə də nəticələr öz sözünü deyir".

"Qarabağ" rəqibini 3:2 hesabı ilə üstələyib. Azərbaycan çempionu oktyabrın 1-də Bakıda Danimarkanın "Kopenhagen" kollektivi ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti