
AFFA "Neftçi"nin futbolçusu İqor Ribeyro barəsində verdiyi apellyasiya şikayəti haqda qərar qəbul edib.
Sportinfo.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.
29 yaşlı yarımmüdafiəçi Premyer Liqanın 3-cü turunun "Turan Tovuz"la matçında təcavüzkar davranışa (rəqibi vurub) yol verdiyi üçün qırmızı vərəqə almış və AFFA İntizam Komitəsi tərəfindən 3 oyunluq cəzalandırılmışdı.
AFFA paytaxt təmsilçisinin bu barədə apellyasiya şikayətini rədd edib. Braziliyalı oyunçunun cəzası, həmçinin "Neftçi"nin 3 min manatlıq cəriməsi qüvvədə saxlanılıb.