“Neftçi”nin baş məşqçisi elə ürəklə danışdı ki... VİDEO

08:40 Neftçi 146
“Neftçi”nin baş məşqçisi elə ürəklə danışdı ki... VİDEO

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri ev oyunu haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, 0:0 hesablı heç-heçəni belə şərh edib:

“Futbolçularıma minnətdaram, çox əziyyət çəkdilər. “Turan Tovuz”la oyunda meydançada dominant, udmaq istəyən komanda var idi.

Bu gün daha üstününü gördük. Futbolçularım sağ olsunlar.

Oynadığımız oyundan çox məmnun qaldım. Düzdür, nəticə yoxdursa, danışılan sözlər də qəbul olunmur.

Bir komandanı stressiz oyunlara hazırlamaq – biz bunu bacarırıq. Onları bu mentalitetə uyğunlaşdırmağa çalışıram.

Daha yaxşı oynayacağıq, çalışacağıq. Vurulmayan epizodları bilmirəm ki, nəyə bağlayım.

Təzə qurulan komanda üçün bu cür rəqiblərə qarşı neçə an yarada bilərik? Bu sual da verilməlidir.

Nə varsa, hər şeyi edirdik. Uşaqlar var olsunlar.

Ürəklə gördüyümüz işin nəticəsi də olacaq, mən buna inanıram. Komandamızdakı bütün oyunçulardan razıyıq.

Futbolumuzdan çox razıyam. Meydançadakı bəzi epizodlara isə təəssüf ki, açıqlama verə bilmirəm.

Azərbaycan millisində yerli məşqçi tərəfdarıyam. Oyun üslübumuzu yaxşı biləcək yalnız yerli məşqçilərdir.

Yerlilərdən də kim olacaqsa, uğurlar arzu edirəm”.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 08:00 Leysan olacaq - Xəbərdarlıq