Türkiyədə legioner həyatı yaşamış nigeriyalı “Neftçi”nin TRANSFER SİYAHISINDA

19:25 Neftçi 711
Türkiyədə legioner həyatı yaşamış nigeriyalı “Neftçi”nin TRANSFER SİYAHISINDA

"Neftçi" heyətini daha bir futbolçu ilə gücləndirməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, “ağ-qaralar” dayaq yarımmüdafiəçisi transfer etmək istəyir.

Əldə etdiyimiz məlumata görə, Bakı təmsilçisinin transfer siyahısına düşmüş oyunçulardan biri də Matye İfeanyidir.

“Neftçi” skautlarının hazırda klubsuz olan 28 yaşlı yarımmüdafiəçini bir müddət əvvəl də izlədiyi bildirilir.

Dayaq yarımmüdafiəçisi və sağ cinah yarımmüdafiəçisi kimi də oynamağı bacaran nigeriyalı karyerası ərzində “Kanemi Varriors”, “Kano Pillars”(hər ikisi Nigeriya), “Lillestrom”(Norveç), “Osmanlıspor”(Türkiyə), “Sürix”(İsveçrə) klublarında oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!