"Neftçi"dən SON QƏRAR - İmtinaya görə bu addım atıldı

16:00 Neftçi 965
"Neftçi"dən SON QƏRAR - İmtinaya görə bu addım atıldı

«Neftçi» cari ilin əvvəlində «Baltika»dan icarəyə götürdüyü Aleks Fernandeslə bağlı son qərarını verib.

Braziliyalı qış fasiləsinədək əvəzedici heyətdə çıxış edəcək. Mövsümün ikinci yarısında isə o, yenidən Rusiyaya qaytarılacaq.

Bakılılar adıçəkilən vingerin transfer hüququna yiyələnmək istəsə də, o, müqavilə imzalamaqdan imtina edib.

«Sambaçı» başqa variantları nəzərdən keçirdiyini deyərək, «ağ-qaralar»ın çağırışına eyni reaksiyanı göstərməyib.

Halbuki «Baltika» Aleks Fernandes lə yollarını ayırmağa hazırdır. Rusiya klubu Bakıdan aldığı sorğuya müsbət cavab verib.

Kalininqrad təmsilçisi legionerin «ağ-qaralar»ın tamhüquqlu üzvü olmasına etiraz etmədiyini qarşı tərəfin diqqətinə çatdırıb.

Bakılıların məqsədi iştirak ərizəsində artıq yer tutulmasının qarşısını almaqdır. Adıçəkilən vingerin icarə kontraktı qışda bitəcəyindən, klubda mövsümün ikinci yarısıyla bağlı narahatlıq var.

«Neftçi» tərəfi düz düşünür: əgər legioner çempionatın gedişində geri qayıdacaqsa, niyə onu Peşəkar Futbol Liqasına sifariş eləyib, iştirak ərizəsində yer sayyını məhdudlaşdırsın?

Hazırda düşərgədə 16 legionerin olmasını nəzərə alan «ağ-qaralar» bu sayı 13-ə endirməyi düşünür. O üzdən Aleks Fernandes hələlik iştirak ərizəsindən kənarda qalıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 23:40 Unudulan milli maraqlar...