"Neftçi" Ramil Şeydayevi göndərdi - RƏSMİ AÇIQLAMA

10 Sentyabr 2025 19:30 Neftçi 1 801
"Neftçi" Ramil Şeydayevi göndərdi - RƏSMİ AÇIQLAMA

“Neftçi”də növbəti ayrılıq baş tutub.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hücumçuya gələcək karyerasında uğurlar arzulayırıq.

Bakı təmsilçisinin futbolçu Ramil Şeydayev arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

2024-cü ilin yayında transfer olunmuş Şeydayev “Neftçi”nin heyətində 31 rəsmi oyun keçirib, 4 qol vurub.

"Neftçi" bunadək Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev, Höccət Haqverdi, Rüstəm Samiqullin, Robert Bauer, Rafael Quzzo, Dembo Darbo, Ervin Koffi, Filip Ozobiç, İsmayıl Zülfüqarlı, Alfa Kontez, Ryonosuke Ohori ilə ("Kəpəz"ə icarəyə verilib) yollarını ayırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti