“Düzünü desəm, “Neftçi”nin yaxşı transferlər edib-etmədiyini bilmirəm”

01:20 Neftçi 191
“Düzünü desəm, “Neftçi”nin yaxşı transferlər edib-etmədiyini bilmirəm”

"Neftçi"nin sabiq kapitanı Flavinyo sportal.az-a verib.

Sportinfo.az xəbər verir ki, braziliyalı "ağ-qaralar"ın hazırkı durumunu dəyərləndirib.

Onun sözlərinə görə, "Neftçi"nin işlərinə qaydasına düşə bilər:

"Çempionatın başlanğıcının çətin olacağını bilirdim. Qalib gəlmək üçün təzyiq böyükdür və təəssüf ki, "Neftçi" hələ də qalib gəlməyib.

Düzünü desəm, komandanın yaxşı transferlər edib-etmədiyini bilmirəm. Çünki son matça tam baxa bilmədim.

Amma dəqiq olan odur ki, baş məşqçinin sərəncamında yeni oyunçular və hədəflər var. Ümid edirəm ki, hər şey yaxşı alınacaq".

2010-2015-ci illərdə "Neftçi"nin formasını geyinmiş braziliyalı Bakı klubunun çıxışını indi də izlədiyini söyləyib:

"Neftçi"nin son bir neçə ildəki uğursuzluqları dəyişməsi öz ixtiyarındadır. Əgər bir oyunda qalib gəlsələr, özünəinam qayıdacaq və hər şey dəyişəcək.

Mən hər zaman "Neftçi"yə azarkeşlik edirəm və onların uğurlu çıxışını izləyirəm. İnanıram və ümid edirəm ki, "Neftçi"də hər şey daha yaxşı olacaq".

Digər Xəbərlər
Xəbər Lenti
8 Sentyabr 18:10 Çək və bizə göndər!
8 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM