Onun “Neftçi”ni pis vəziyyətdə qoymasının səbəbi var imiş

16:40 Neftçi 692
Onun “Neftçi”ni pis vəziyyətdə qoymasının səbəbi var imiş

Premyer Liqanın 3-cü turu çərçivəsində keçirilmiş “Neftçi” – “Turan Tovuz” görüşündə İqor Ribeyro cari mövsümdə komandasının ilk qırmızı vərəqəsini aldı.

İkinci hissənin gedişində meydandan qovulan braziliyalı komandasını çətin vəziyyətdə qoymaqla yanaşı İntizam Komitəsi tərəfindən 3 oyunluq cəzalandı.

Sportinfo.az xəbər verir ki, İqorun məlum vəziyyətə düşməsi boşuna olmayıb.

Gərgin keçən qarşılaşmada bir neçə dəfə Faiq Hacıyevlə üz-üzə gələn müdafiəçi epizodların birində xoşagəlməz halla üzləşib.

İkili mübarizə zamanı Faiqin başı təsadüfən Ribeyronun burnuna dəyib, nəticədə qan açılıb.

Məhz bu olaydan sonra hiddətlənərək aqressiv görünən İqor Faiqdən hansısa yolla qisas almaq qərarına gəlib. “Qırmızı” aldığı epizodda rəqibin üzünə əl atması da “qan söhbətinə” görə olub.

Sadəcə, VAR-ın varlığını unudub, ya da əsəblərini tam cilovlaya bilməyib.

“Neftçi” 4-cü turda “Sabah”ı qəbul edəcək, növbəti həftə “Sumqayıt”ın qonağı olacaq, 6-cı turda öz meydanında “Karvan-Yevlax”la üz-üzə gələcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti