“Neftçi”nin qapıçısını BİABIR ETDİLƏR: “Mən onu boğaram” - VİDEO

16:00 Neftçi 958
“Neftçi”nin qapıçısını BİABIR ETDİLƏR: “Mən onu boğaram” - VİDEO

«Əgər öz aramızda keçirilən oyunda qapıçımız belə bir səhv etsə, mən onu boğaram».

Bu açıqlama ATV kanalında efirə gedən «Futbolumuz» verlişinin aparıcısı Ceyhun Rzayevə məxsusdur.

O, «ağ-qaralar»ın Premyer Liqanın 3-cü turu çərçivəsində «Turan Tovuz»la Bakıda keçirdiyi matçdan söz açıb.

Tanınmış telejurnalist ev sahiblərinin qapıçısı Kenan Piriçinə 0:1 hesablı məğlubiyyətə səbəbkar olduğunu bildirib. Qeyd edib ki, bosniyalı qapıçı bağışlanmaz səhvə yol verib.

Verlişin eksperti Emin Abbasov isə «Antalyaspor»dan gələn kiperin «Şamaxı» ilə ilk tur qarşılaşmasında da kobud xəta etməsini xatırladıb.

Böyük ümidlərlə komandaya dəvət olunan balkanlı «əlcək sahibi»nin gözləntilərin çox-çox altında qaldığını vurğulayıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti